Məhkəmə AXCP fəalının cəzasını yumşaltmaqdan imtina edib

Məhkəmə AXCP fəalının cəzasını yumşaltmaqdan imtina edib

Avqustun 12-də Bakının Qaradağ Rayon Məhkəməsi Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin üzvü Orxan Baxışlının şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətini təmin etməyib. Bu barədə Turan-a AXCP-dən bildiriblər.

O.Baxışlı 2018-ci ilin mayında həbs edilib və CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunub. Məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Ali Məhkəmə ittihamı daha yumşaq maddəyə - 234.1-ə tövsif edərək cəzanı üç ilədək azadlıqdan məhrumetməyə qədər azaldıb. O, cəza müddətinin 2/3-dən çoxunun başa çatması ilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət edib.

Facebook