Məhkəmə Abbas Hüseynovun işgəncə şikayətini icraata götürməyib

Qaradağ rayon Məhkəməsi Nardaran məhbusu Abbas Hüseynovun işgəncə şikayətini icraata götürməkdən imtina edib.

Bu haqda Rakurs TV-ə Hüseynovun vəkili Yalçın İmanov məlumat verib.

Avqustun 10-da Qaradağ rayon Məhkəməsinə təqdim edilmiş şikayətdə Abbas Hüseynovun Avropa İnsan Haqları Konvensiyasının 3-cü maddəsilə nəzərdə tutulmuş işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququnun pozulması barədə qərar qəbul edilməsi xahiş edilirdi.

Vəkil deyir ki, məhkəmə şikayəti icraata götürməkdən imtina qərarını bu cür şikayətlərə məhkəmə nəzarəti qaydasında baxılmaması ilə əsaslandırıb.

Yalçın İmanov bildirib ki, Qaradağ rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.

Apellyasiya məhkəməsindən aşağı instansiya məhkmənin bu qərarının ləğv edilməsi xahiş edilir.

Avqustun 8-də Qobustan həbsxanasında saxlanılan Abbas Hüseynov vəkili vasitəsilə həbsxanada dəhşətli işgəncələrər məruz qaldığını bildirmişdi.