Metroda işıqlar söndü

Bakı metrosunun "Gənclik” stansiyasında bu gün saat 09:30 radələrində işıqlar sönüb.
 
Bu barədə məlumatı metbuat.az-a həmin vaxt sözügedən stansiyada olan sərnişinlərdən biri məlumat verib. Bildirib ki, sərnişinlər həmin vaxt narahatlıq hissi yaşayıblar.
 
Məsələ ilə bağlı Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar MəmmədovMetbuat.az-a açıqlamasında hadisənin baş verdiyini təsdiq edib:
 
"Metropolitenə gələn elektrik xəttində gərginlik düşüb. Həmin anda işıqlar qəfil reaksiya verərək sönüb. Avtomatik olaraq ehtiyat mənbələr qoşulub. Problem təxminən 20-30 saniyə çəkib. Qatarın hərəkəti və sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb”.