Metroda din xadiminə soyuq silahla hücum edilib

İran metrosunda din xadiminə soyuq silahla hücum edilib.

TASS xəbər verir ki, hadisə ölkənin paytaxtı paytaxt Tehranın yaxınlığında yerləşən Rey şəhərində baş verib.

Belə ki, iyul ayının 15 səhər saatlarında metro stansiyasının içərisində naməlum şəxs din xadiminə (molla) bıçaqla hücum edib. Bu zaman ətrafda olan şəxslər münaqişəyə qoşulub.

Polis hücum edən şəxsi zərərsizləşdirmək üçün atəş açmağa məcbur olub, nəticədə azı 15 nəfər bıçaq və güllə yarası alıb.