Merkel Putin-Tramp görüşündə vasitəçi qismində iştirak etməkdən imtina etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Almaniya kansleri Angela Merkel Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Hamburqda “G-20” sammiti çərçivəsində baş tutacaq görüşündə vasitəçi qismində iştirak etməkdən imtina edib. 

“TASS” agentliyinin verdiyi xəbərə görə, bu barədə jurnalistlərə sammitin keçiriləcəyi Hamburqa səfər edən A.Merkel özü bildirib. Onun sözlərinə görə, imtinaya səbəb olmuş məsələlər sırasında Ukraynanın şərqindəki vəziyyət əsas yer tutur. “Bizim özümüzün konkret mövqeyimiz var, o cümlədən, Ukraynadakı vəziyyətlə bağlı. Bu məsələdə biz Normand formatında çalışırıq və birlikdə qərar qəbul etməyə səy göstəririk.  Mən vəzifəmi vasitəçilikdə görmürəm, mən problemin həllinə töhfə verməyə çalışıram",-deyə Merkel bildirib.