Merkel dördüncü dəfə kansler seçilib

Bundestaq dördüncü dəfə ardıcıl olaraq Angela Merkeli Almaniyanın kansleri seçib.
 
"Angela Merkel səs çoxluğu ilə kansler seçilib", - Bundestaq rəhbəri Volfqanq Şoyble deyib.
 
Gizli səsvermənin nəticələri deputatların sürəkli alqışları ilə qarşılanıb.
 
Angela Merkelin namizədliyi ölkə Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən irəli sürülüb. 
 
publika.az