Meriyadan Atatürk parkındakı söküntü ilə bağlı AÇIQLAMA

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovun əmrinə əsasən, “Gəncilk” metrostansiyasının çıxışından Ayna Sultanova heykəlinə doğru uzanan Atatürk prospektindəki eyniadlı parkda yenidənqurma işlərinə start veilib.

 

BŞİH-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda aparılan söküntü işləri çəçivəsində park yenidən qurulacaq:

 

“Ərazidə müəyyən sayda yeni və müasir obyektlər salınacaq. Bunlar əsasən istirahət guşələri, uşaqlar üçün əyləncəli oyunlar, çayxanalardan ibarət olacaq”.

 

Qeyd edək ki, hazırda ərazidə olan kiçik, xarici görünüşü standartlara cavab verməyən obyektlər sökülür.