EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Meksikadan ABŞ-a qeyri-leqal immiqrant axını azalıb

Meksikadan ABŞ-a qeyri-leqal immiqrant axını azalıb

ABŞ Meksikanın səyləri sayəsində qeyri-leqal immiqrantların axınının azaldığını qeyd edir.

Bu barədə açıqlamanı Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus Mexikoda dövlət katibi Mayk Pompeonun Meksikanın XİN rəhbəri Marselo Ebrardla görüşünün nəticələri ilə bağlı danışarkən bildirib.

“Dövlət katibi Pompeo immiqrasiya sahəsində Meksikanın göstərdiyi xidmətlərə görə nazir Ebrarda təşəkkür edib. İlkin göstəricilərə əsasən, bu, ABŞ-ın cənub sərhədlərinə doğru qeyri-leqal immiqrant axınının sonuna aparır”, - deyə məlumatda qeyd olunur.

Facebook