Meksika prezidenti Baydenə Kuba ilə bağlı çağırış edəcək

Meksika prezidenti Baydenə Kuba ilə bağlı çağırış edəcək

"Mən Baydenə Kubanı Amerika Sammitindən kənarlaşdırmamağa çağıracağam".

Bu sözləri Meksika prezidenti Lopez Obrado deyib.
Kuba Prezidenti Migel Dias-Kanel Meksika prezidenti Lopez Obradora Kuba dövlətinin verdiyi ən yüksək mükafat olan Xose Marti Milli medalını təqdim edib.
Rakurs.TV Al-Mayaadeenə istinadən xəbər verir ki, Meksika prezidenti Andres Lopez Obrador ABŞ-ın Kubaya tətbiq etdiyi iqtisadi, ticarət və maliyyə embarqosunu rədd etdiyini bir daha təkrar edərək, “qardaşlıq zamanının olduğnu və qarşıdurmadan çəkinmək gərəkdiyini” vurğulayıb.
Lopez Obrador əlavə edib ki, o, ABŞ prezidenti Co Baydeni Karib adasını Amerika qitəsinin qarşıdan gələn Sammitində iştirakdan kənarlaşdırmamağa çağıracaq.

Facebook