Mehman Əliyev azadlığa buraxılmadı

Rakurs TV-nin məlumatına görə, sentyabrın 6-da Yasamal rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsinin girovla əvəzlənməsi barədə məhkəmə iclası barədə şikayəti təmin edilməyib. Məhkəmə qapalı keçirilib. Prosesdə Mehman Əliyevin özü və vəkili Fuad Ağayev iştirak ediblər. 

Vəkil çıxışında Mehman Əliyevin himayəsində yaşlı atasının, ailəsinin olmasının nəzərə alınmasını istəyərək vəsatətin təmin olunmasını istəyib. Müşavirədən sonra hakim vəsatətin təmin olunmadığını elan edib.

Qeyd edək ki, avqustun 7-də “Turan” İnformasiya Agentliyinə qarşı cinayət işi açılıb və bir gün sonra agentlikdə səyyar vergi yoxlamasına başlanılıb. Vergilər Nazirliyi media qurumunu 2014-2016-cı illərdə 37 min manat məbləğində vergi ödəməkdən yayınmaqda ittiham edib. Avqustun 24-də agentliyin direktoru Mehman Əliyevə qarşı CM-nin 213.1 (vergidən yayınma), 308.1 (vəzifədən sui-istifadə) və 192.1 (qaayon Məhkəməsində hakim Azər Tağıyevin nunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülərək iş üzrə şübhəli şəxs qismində 48 saatlıq saxlanma qərarı çıxarılıb. Avqustun 25-də Yasamal rayon Məhkəməsi Mehman Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O hal-hazırda Kürdəxanı Təcridxanasında saxlanır.