Mehman Hüseynov azadlığa çıxdı

Bloqqer Mehman Hüseynov artıq azadlığa çıxıb.

Yaxınları Operativ.tv-yə bildirib ki, Mehman Hüseynov azadlığa çıxdıqdan sonra qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun qəbrini ziyarət edib.

Vurğulanır ki, Mehman Hüseynovun bu addımı atmasına səbəb bu gün Elmar Hüseynovun qətl edilməsinin il dönümü olmasıdır.

Onun daha sonra yaşadığı evə gedəcəyi qeyd olunur.