Mehdi İbrahimin aclıq aksiyasına başladığı bildirilir

Mehdi İbrahimin aclıq aksiyasına başladığı bildirilir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü, həbsdə olan Məmməd İbrahimin oğlu  Mehdi İbrahimovun Penitensiar Xidmətin 3 saylı İxtisaslaşmış Müalicə  Müəssisəsində (tubzon) həbsinə etiraz olaraq artıq 3 gündür aclıq aksiyasına başladığı bildirlir. 

“Mehdi İbrahim xəbər göndərib ki, yanıma yemək gətirməyin. 3 gündür yemək yemir, aclıq aksiyasına başlayıb. Cəmi bir dəfə evə birdəqiqəlik zəng edib. Ombudsman deyir biz yaxşı işləyirik, bizdən şikayət etməyin. Elə budur yaxşı işləməkləri? Günlərdir əlaqə saxlaya bilmirik. Taleyindən xəbərsizik”, - onun qardaşı Turan İbrahim Facebook səhifəsində yazıb.

Facebook