Medianın İnkişafı Agentliyi yaradıldı

Medianın İnkişafı Agentliyi yaradıldı

Prezident İlham Əliyev yanvarın 12-də "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb.
 
Fərmana əsasən,  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib. 
 
Məlumata görə, Əhməd İsmayılov Medianın İnkişafı Agentliyinin İcraçı direktoru vəzifəsinə təyin edilib. 
 
Bildirilir ki, agentlik inzibati xətaya yol verən KİV-lər barədə inzibati tədbirlər görmək səlahiyyətinə malik olacaq.
 
Bu, təşkilatın Nizamnaməsində öz əksini tapıb.
 
Nizamnaməyə əsasən, Medianın İnkişafı Agentliyinin vəzifələr sırasına çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək daxil edilib.
 
Agentliyin nizamnamə fondunun 285 405 manat məbləğində olduğu bildirilib. 

Facebook