Məcburi köçkünlər yolu bağlayıblar

Yanvarın 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısına toplaşan bir qrup məcburi köçkün Bakının Binəqədi rayonunda məskunlaşdıqları tikililərin sökülməsinə görə etiraz ediblər. Etirazçılar "Dövlətqaçqınkom”un qarşısındakı yolda nəqliyyatın hərəkətini dayandırmağa cəhd edib.
 
Komitədən bildiriblər ki, Binəqədi rayonu H.Babaşov küçəsindəki Təcili Tibbi Yardım Xəstəxanasının yarımçıq binasında məskunlaşmış məcburi köçkünlər komitəyə gələrək narazılıqlarını bildirib.
 
"Məcburi köçkünlər qeyd ediblər ki, məskunlaşdıqları binada "mənzilləri” uçurulur. Həmin məcburi köçkünlər komitə rəsmiləri tərəfindən qəbul edilib və onlara müvafiq izahatlar verilib. Bildirilib ki, "Dövlətqaçqınkom” tərəfindən heç kimin yaşadığı bina və ya mənzillər sökülmür”.
 
Qarabağ münaqişəsi dövründə öz doğma torpaqlarından bir milyonadək azərbaycanlı didərgin düşüb.
 
Rəsmi məlumatlara görə, hökumət bu kateqoriyaya aid edilən şəxslərin sosal problmelərinin həlli üçün 6 milayard manat vəsait xərcləyib, 97 qəsəbə salınıb. 2018-ci ildə isə bu kateqoriyadan olan daha 20 min şəxsin mınzillə təmin ediləcəyi gözlənilir.
 
Amerikanın Səsi