MBH-nin daha bir üzvü BMCMİ-yə çağrıldı

MBH-nin daha bir üzvü BMCMİ-yə çağrıldı

Müsəlman Birliyi Hərəkatının daha bir üzvü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

 

Bu barədə Müsəlman Birliyi Hərəkatının mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilir ki, Samir Babayev artıq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olub.

 

“Hansı səbəbdən çağrılmasını bilmirik. Hərəkat üzvlərinin son dövrlərdə sözügedən idarəyə dəvət olunmaları intensiz hal alıb”, - deyə məlumatda qeyd olunur.

 

Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə ötən həftə bəyanat yayaraq üzvlərin tez-tez bu idarəyə çağrılmalarını qınamış və təzyiq olaraq xarakterizə etmişdi.

Facebook