MBH Masallı və Lənkəranda şəhid-qazi övladlarını sevindirdi - Foto

MBH Masallı və Lənkəranda şəhid-qazi övladlarını sevindirdi - Foto

Müsəlman Birliyi Hərəkatı Masallı və Lənkəran rayonlarında şəhid-qazi övladlarına məktəbli ləvazimatı hədiyyə edib.

 

Bu barədə Rakurs.tv-yə Müsəlman Birliyi Hərəkatının mətbuat xidmətindən məlumat verilib.

 

"Şəhid və qazi ailələri daima cəmiyyətimizin diqqətində olmalıdır. Hərəkatımız da bunu özünə amal bilərək növbəti dəfə şəhid və qazi övladlarına yeni tədris ilə münasibətilə məktəbli ləvazimatları hədiyyə edib. Bizim gələcəyimiz olan şəhid və qazi övladlarına sahib çıxmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur", - deyə Müsəlman Birliyi Hərəkatından diqqətə çatdırılıb.

 

Facebook