Mayya Sandu Moldovanın yeni prezidenti seçildi

Mayya Sandu Moldovanın yeni prezidenti seçildi

Moldovoda 15 noyabrda keçirilmiş prezident seçkilərində bülletenlərin 99%-i sayıldıqdan sonra Mayya Sandunun qələbə çaldığı məlum olub.
 
Mərkəzi Seçki Qərargahının məlumatlarına görə, seçkilərin ikinci turunda Sandu səslərin 56,91%-ni, onun rəqibi İqor Dodon isə 43,09%-ni qazanıb (TASS, 11 noyabr).
 
Ən son məlumatlara görə, 910 mindən çox vətəndaş Sandunu dəstəkləyib, 689 min vətəndaş isə Dodonu. Ölkə daxilindəki bütün bülletenlər sayılıb, MSK-nın açıqlamasına görə, Moldova xaricində yaşayan vətəndaşların 92%-i Sanduya səs verib. 
 
Ölkədə seçici fəallığının 52,76% olduğu bildirilib.

Facebook