May ayında neçə gün iş olmayacaq?

May ayında Faşizm üzərində Qələbə günü və Respublika günü ilə əlaqədar iki gün iş olmayacaq.
 
Qaynarinfo-nun xəbərinə görə, Faşizm üzərində Qələbə günü-9 may, həftənin çərşənbə gününə düşür.
 
Həmin gün qeyri-iş günüdür.
 
Respublika Günü-mayın 28-i, həftənin bazar ertəsi də iş olmayacaq. Beləliklə, may ayında iki qeyri-iş günü olacaq.