EURO : 1,8883 TRY : 0,2957 USD : 1,7 RUB : 0,0267
Maştağada yolu keçmək istəyən sərxoş piyadanı avtomobil vurub

Maştağada yolu keçmək istəyən sərxoş piyadanı avtomobil vurub

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Rakurs.tv xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

 

Belə ki, yolu keçmək istəyən 1969-cu il təvəllüdlü İsgəndərov Kamil Babacan oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Ona döş qəfəsinin və qarnın küt travması diaqnozu qoyulub. İlkin məlumata görə, piyada sərxoş vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

Facebook