EURO : 1,8883 TRY : 0,2957 USD : 1,7 RUB : 0,0267
Masallı işinin məhbus dindarlarından iki nəfər azad olundu - FOTO

Masallı işinin məhbus dindarlarından iki nəfər azad olundu - FOTO

"Masallı işi"nin həbsdəki dindarlarından iki nəfər azad olunub.

Operativ.tv "islamazeri.com"a istinadən xəbər verir ki, 7 il əvvəl həbs olunan "Masallı işi" ilə bağlı həbs olunan və 7 ildir məhbusluq həyatı yaşayan dindarlarından iki dindar: Ziya Tahirov 5-saylı CCM-dən və Rza Ağalı isə 17 saylı CÇM-dən azad olunublar.

Onların həbs müddəti bitdikdən sonra bu gün azadlığa çıxıblar.

Qeyd edək ki, "Masallı işi" lə bağlı həbs olunanlardan jurnalist Araz Quliyevin azad olunmasına 1 il qalıb.

Facebook