Maradonanın qol vurduğu top fantastik qiymətə satıldı - VİDEO

Maradonanın qol vurduğu top fantastik qiymətə satıldı - VİDEO

Dieqo Maradonanın 1986-cı ildə Meksikada keçirilən futbol üzrə dünya çempionatında qol vurduğu top hərracda satışa çıxarılıb.

Çempionatın 1/4 finalında İngiltərəyə qarşı oyunda istifadə olunan top “Graham Budd Auctions” hərracında 2,28 milyon avroya satılıb.

Topu İngiltərə-Argentina matçında çalışmış tunisli hakim Əli Bin Naseru satışa çıxarıb. Hər lot üzrə gəlirin 3,43 milyon avro olacağı gözlənilirdi, bununla belə başlanğıc qiymət 570 min avrodan başlayıb.

Argentina yığması əfsanəvi Dieqo Maradonanın iki qolu sayəsində 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. İlk qolu isə o, əli ilə vurub. Hakim britaniyalıların etirazına baxmayaraq, topun başla vurulduğu qənaətinə gəlib və qolu qeydə alıb.

Facebook