EURO : 1,8737 TRY : 0,2585 USD : 1,7 RUB : 0,0214
Manatı qorumaq üçün 843,6 milyon dollar sərf edilib

Manatı qorumaq üçün 843,6 milyon dollar sərf edilib

Dövlət Neft Fondu Mərkəzi Bankın 2020-ci ilin fevral ayında keçirdiyi valyuta hərraclarında 543,4 milyon ABŞ dolları məbləğində vəsait satıb. Rəsmi açıqlama martın 11-də yayılıb.
 
Novator.az bildirir ki, iki ayda manatı qorumağa 843,6 milyon dollar gedib.
 
Yanvarın valyuta hərraclarında 300,2 milyon dollar sərf edilmişdi.
 
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar, 2019-cu ildə 6,6 milyard dollar göstərilib.
 
2015-ci ilin devalvasiyaları nəticəsində dolların məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib.
 
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.
 
2017-ci ilin fevralında maksimal qiymət qeydə alınıb: 1,92 manat. Həmin ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.

Facebook