"Malayziya təyyarəsini Rusiyanın vurduğu təsdiqlənib, tribunal yaradıla bilər" - Politoloq

Politoloq Şahin Cəfərli 2014-cü ilin iyulunda Ukrayna səmasında Malayziya hava yollarına məxsus "Boeing 777" sərnişin təyyarəsinin vurulması və əksəriyyəti Niderland vətəndaşı olan 298 nəfərin ölməsinə dair aparlan araşdırmaların yekunu barədə sosial şəbəkədə status paylaşıb.

Musavat.com-un verdyi xəbərə görə, Ş.Cəfərli yazır: "Ekspertlər və jurnalistlərdən ibarət "Bellingcat" təhqiqat qrupu o vaxtdan bəri bu hadisə ilə bağlı araşdırma aparır. Araşdırma nəticəsində əvvəlcə təyyarənin Ukraynanın şərqində separatçıların nəzarət etdiyi ərazidən açılan atəşlə vurulduğu müəyyən olunmuşdu.

Image result for malayziya təyyarəsi 777

İndi isə təyyarənin Rusiya Silahlı Qüvvələrinə məxsus "Buk" zenit-raket kompleksi ilə vurulduğu sübuta yetirilib. "Buk"un hansı hərbi hissədə və hərbi birlikdə qeydiyyatda olduğu da aşkara çıxarılıb: Kursk şəhərində dislokasiya olunmuş 32406 saylı hərbi hissə - 53 saylı zenit-raket briqadası. "Buk"un Rusiyadan Ukrayna ərazisinə keçirilməsi prosesinə rəhbərlik etmiş rusiyalı zabitin (istefada olan) ad-soyadı da məlumdur - "Xmurıy" ləqəbli Sergey Dubinski.

Image result for malayziya təyyarəsi 777

Politoloq qeyd edir ki, məlumatlar Hollandiya Prokurorluğu tərəfindən də rəsmən təsdiqlənərək elan edildikdən sonra bunun Rusiya üçün müəyyən siyasi-hüquqi nəticələri olacaq: "Yəqin ki, cinayətlə bağlı beynəlxalq hərbi tribunal yaradılması məsələsi yenidən gündəmə gələcək. (Bir dəfə BMT-də qaldırılıb, Rusiya veto qoyub.) Rusiya terrorçuların cəzalandırılmasına əngəl törətsə, Qərblə münasibətlərdə növbəti gərginlik ocağı yaranacaq. Eyni zamanda, bu fakt Donbas məsələsində Ukraynanın əlini də gücləndirəcək".

Image result for BUK