Magistraturaya qəbul imtahanı bir mərhələdə keçiriləcək

Magistraturaya qəbul imtahanı bir mərhələdə keçiriləcək

Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarına dəyişikliklər edilib.

 

Nazirlər Kabinetindən verilən məlumata görə, dəyişikliklər beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.

 

Qeyd edilməlidir ki, hazırda imtahanlar iki mərhələdə aparılır:

 

I mərhələ - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi;

 

II mərhələ - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.

Facebook