Maduro Venesuelanın Milli Kəşfiyyat rəhbərini dəyişdi

Venesuela prezidenti  Nikolas Maduro Milli Kəşfiyyat İdarəsinin rəhbərini dəyişib. Belə ki, Bolivar Milli Kəşfiyyat Xidmətinin (SEBIN) yeni baş direktoru Qustavo Qonsales Lopes oldu. Bu barədə ölkə lideri Venezolana de TV mili televiziyasının efirində bəyan edib.

 

Qeyd edək ki, bu, ölkə başçısının Xuan Quaydonun rəhbərliyi ilə müxalifətin hərbi çevrilişə cəhd etməsindən sonra ilk çıxışıdır.