Maaş artımına kimlərin ehtiyacı var: deputatların, yoxsa sadə vətəndaşların? - Video

2018-ci ildə Milli Məclisin saxlanılması xərcləri 25 milyon 432 min manat təşkil edəcək. Bu da dövlət büdcəsi layihəsində nəzərdə tutulandan 1,2 milyon manat çoxdur.
Ölkə başçısı İlham Əliyev dekabrın 26-da dərc edilən "2018-ci ilin dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanına əsasən, hər deputatın əmək haqqına ayda 800 manat əlavə olunur.
Şəhər əhalisinin buna münasibətini öyrənmək məqsədi ilə onlara “Maaş artımına kimlərin ehtiyacı var: deputatların, yoxsa sadə vətəndaşların?” adlı sorğu ilə müraciət etdik.