Lyaşko: Sərhədi pozarsa, Saakaşvilini güllələyin

Əgər Mixail Saakaşvili Polşa-Ukrayna sərhədini pozmağa cəhd etsə, o güllələnəcək.

Bu sözləri öz Feysbuk səhifəsində Ukrayna Radikal Partiyasının sədri Oleq Lyaşko söyləyib.

“Mənim ölkəmin sərhədləri müqəddəsdir. Vətənpərvər sərhədçilərimizə müraciət edirəm: sərhədimizi pozan hər kəsi gülləbaran edin” – deyə o bildirib.