“Lütfi Zadə haqda başqa nə deməli idim axı?! Hansısa cinayət işlətmişəm?” - Akif ƏLİ

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin dünyaca məşhur azərbaycanlı alim Lütfi Zadə haqqında söylədiyi “fındıqbaş” ifadəsi cəmiyyətdə səs-küyə səbəb olub. Rəsmi qurumun mətbuat xidmətinin bu cür fikirlər səsləndirməsi sosial şəbəkələrdə müzakirəyə çıxarılıb.

Modern.az saytı Nazirlər Kabinetinin mətbuat katibi Akif Əli ilə əlaqə saxlayıb.

 Akif Əli saytımıza açıqlamasında tanınmış alim haqqında daha sərt danışıb.

“Lütfi Zadə haqqında verilən  sual mənə aid deyildi. Mənə aid olmayan suala niyə cavab verməli idim ki?!  Ona görə də elə cavab verdim. Başqa nə deməli idim axı?! Səhərin gözü açılmamış mənə zəng vurub sual veriblər. Lütfi Zadənin alimliyindən mənə nə var?! Heç bir cinayət işlətməmişəm. Dediklərim, mənim şəxsi fikrimdir”.