EURO : 1,8991 TRY : 0,294 USD : 1,7 RUB : 0,0271
Əlövsət Əliyevə qarşı ittiham irəli sürülməyib

Əlövsət Əliyevə qarşı ittiham irəli sürülməyib

Almaniyada miqrasya qalmaqalı çərçivəsində saxlanılan Azərbaycanlı hüquqşünas Əlövsət Əliyev hələ sərbəst buraxılmayıb.

 

Onun qardaşı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, vəkil Əlövsət Əliyev apellyasiya verməyə hazırlaşır, çünki Əlövsətin hansısa qanunsuz əməllərə aidiyyatı olması barədə dəlil yoxdur. Eyni zamanda, polis hələlik ona qarşı heç bir ittiham irəli sürməyib. Yoxlama davam edir, deyə Rüstəmxanlı bildirib.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Almaniya polisi ölkəyə qanunsuz miqrasiya haqqında işin araşdırılması çərçivəsində bir neçə Azərbaycan vətəndaşını saxlayıb.

 

Saxlanılanlar arasında “Leqat” hüquq firmasının sahibi Əlövsət Əliyev də var.

Facebook