Londonda qonaq getmək qadağan olundu

Londonda qonaq getmək qadağan olundu

 

Böyük Britaniyada koronavirusla əlaqədar sərt karantin rejimi tətbiq olunur

Londonda Covid-19 pandemiyasının genişlənmənməsinin qarşını almaq üçün karantin qaydalarının daha da sərtləşdirilməsinə qərar verilib. Lenta.ru xəbər verir ki, bunu Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok deyib. 

17 oktyabrdan etibarən Londonda qapalı məkanlarda toplaşmaq, əsasən qonaq getmək qadağan olunacaq. Küçədə 6 nəfərdən çox adamın toplaşması, həyati vacib əhəmiyyət daşımırsa, şəhər və ölkə boyunca səyahət etmək də qadağan olunacaq. Nəqliyyat vasitəsi kimi sakinlərə velosiped və skuterdən istifadə etmək tövsiyyə edilib. Ölkədə üç dərəcəli sistem üzrə məhdudiyyətlər elan olunub, Londonda bunlardan ikisi artıq tətbiq olunur. 

Son məlumatlara görə, Böyük Britaniyada 657 min insan koronavirusa yoluxub, 43 min insan isə xəstəlikdən vəfat edib.

 

 
 

Facebook