Lənkəranda 6 günlük körpəni quyuya atanın kimliyi məlum oldu

Lənkəranda 6 günlük körpənin kim tərəfindən öldürülərək quyuya atıldığı məlum olub.

Report xəbər verir ki, körpənin nənəsi Valiyə Nurullayeva istintaqa ifadəsində nəvəsini öldürərək quyuya atdığını etiraf edib.

V.Nurullayeva istintaqa ifadəsində körpənin yatan yerdə bədəninə iynələr yeritdiyini deyib. O, etdiyi cinayətin səbəbini də açıqlayıb. Bildirib ki, ailənin ikinci övladı da qız olub və o, qız deyil, oğlan nəvəsi istəyib. “Buna görə də qızı öldürdüm”, – V.Nurullayeva ifadəsində bildirib.

V.Nurullayeva öldürülən körpənin nənəsi olmaqla yanaşı, həmçinin körpənin anasının xalası olub.