Әliyev sübut etdi ki, müstәqil vәkillәr mәhz onun göstәrişilә cәzalandırılır

AXCP sәdri Әli Kәrimli ölkә başçısı İlham Әliyevin vәkilliklә bağlı sәrәncamına feysbuk sәhifәsindә münasibәt bildirib. Yazını təqdim edirik:

“Rejimin idarəetmə prinsipi hər yerdə eynidir. Daha çox pul qazanmaq üçün daha çox itaət etməlisən. Fərqi yoxdur ki, söhbət sənətdən, yaradıcılıqdan, idmandan gedir, yoxsa məsələn, vəkillik işindən. İlham Əliyev vəkilliklə bağlı sərəncam imzalayıb.

İnsan hüquqlarını müdafiə edən bir çox vəkillərin kollegiyadan çıxarılmasından sonra Vəkillər Kolegiyasına yaxşı binalar ayrılacaq, hətta maşınlar da alınacaq. İlham Əliyev yeni sərəncamda vəkillərə tövsiyyə verməyi də unutmayıb. Xüsusilə də qeyd edib ki, vəkillər “əldə etdikləri məlumatların konfidensiallığını” qorumalıdır. İndi bildiniz ki, nəyə görə Vəkillər Kollegiyası rəhbərliyi hüquqlarını qoruduğu şəxslərin işgəncəyə məruz qalması haqda ictimaiyyətə məlumat verən müstəqil və vicdanlı vəkilləri cəzalandırır?”

azadliq.info