Liviyada qarşıdurma tərəfləri arasında məhbus və əsirlərin mübadiləsi baş tutub

Liviyada qarşıdurma tərəfləri arasında məhbus və əsirlərin mübadiləsi baş tutub

Liviyada paytaxt və ətraf əyalətləri nəzarətdə saxlayan “Milli Barışıq Hökuməti” qüvvələrilə ölkənin şərqini nəzarətdə saxlayan “Liviya Milli Ordusu” qüvvələri arasında əsir və məhbusların mübadiləsi baş tutub.

Bu barədə general Xəlifə Haftarın rəhbərlik etdiyi “Liviya Milli Ordusu”nun mətbuat katibliyi rəsmi facebook səhifəsində bəyanat verib.

Bildirlib ki, tərəflər arasında ümumilikdə 16 məhbus və əsirin mübadiləsi baş tutub.

Qeyd edək ki, Türkiyə və Qətərin hərbi dəstək verdiyi "Milli Razılıq Hökuməti" qüvvələri son aylarda paytaxt Tripolinin bütün inzibati ərazilərini və Tahruna şəhərini geri aldıqdan sonra strateji Sirt şəhəri istiqamətdə irəliləməyə başlayıb. Mərkəzi qərargahları Tubruq və Benqazidə yerləşən “Liviya Parlamenti” isə Misirin hərbi müdaxilə etməsini istəyib.

Facebook