Livan sərhəddini keçən İsrail dronu məhv edilib

"Hizbullah" sözcüsü Livanın cənubundakı Ramiya sərhəd məntəqəsi yaxınlığında İsrailə məxsus Pilotsuz Uçuş Aparatı vurduqlarını bəyan edib. Bu barədə Livan kanalı xəbər verib.

 

"İsrail təyyarəsi cənubdakı Ramiya qəsəbəsi yaxınlığında vurulub. Hazırda o, müqavimət qüvvələrinin əlindədir" deyə kanal bildirir.

 

Hizbullah sözcüsü vurğulayıb ki, pilotsuz təyyarə sərhədi keçərək Livana keçdikdən sonra məhv edilib.