Livan ordusu 300 Əl-Qaidə və İŞİD üzvünü ələ keçirdi

Livan ordusu 2 böyük qaçqın düşərgəsində əməliyyat keçirərək, 300 Əl-Qaidə və İŞİD üzvünü ələ keçirib.

Bu barədə Al-Masdar saytı məlumat yayıb. Məlumata görə, Ən-Nur və Əl-Karoya düşərgələrində keçirilən geniş miqyaslı əməliyyatlarda ən az 10 yaraqlının öldürüldüyü bildirilib.

Əməliyyat zamanı bəzi İŞİD üzvlərinin intihar hücumu həyata keçirdiyi və təxminən 30 Livan əsgəri və Suriya vətəndaşını öldürdüyü açıqlanıb.

Həm İŞİD, həm də Əl-Qaidənin Əl-Qaləmunun qərbindəki mövcudluğunu davam etdirdikləri bildirilir.