Livan Baş naziri istefasını rəsmi şəkildə geri götürdü

Eastnews.org-un verdiyi xəbərə görə, Livan Baş naziri Səid Həriri istefasını rəsmi olaraq geri götürüb. Həririnin rəqib partiyalarla də razılığa gəldiyi və istefasını rəsmən geri çəkdiyi açıqlanıb.

Səudiyyə Ərəbistanında istefaya məcbur edilən və "atası kimi sui-qəsdə məruz qalmamaq üçün" istefa verəcəyini açıqlayan Livan Baş naziri Səid Həriri Livana qayıtdıqda istefadan imtina etdiyini bildirmişdi.