Lift şaxtaya düşdü: ölənlər var

Misirin Banxa şəhər xəstəxanasında lift trosdan qırılaraq 7-ci mərtəbədən şaxtaya düşüb, nəticədə 7 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

“RİA Novosti”yə istinadən verilən  xəbərə görə,   insident xəstəxananın cərrahiyə şöbəsində baş verib.

Məlumata görə, insidentə səbəb liftin həddindən artıq yüklənməsi olub.