EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Lider TV yayımını bərpa etdi

Lider TV yayımını bərpa etdi

Lider TV-nin yayımı bərpa olunub, telekanal fəaliyyətini əvvəlki qaydada davam etdirir.

 

Rakurs.tv xatırladır ki, dünən axşam saatlarından etibarən Lider TV-nin yayımı dayanmışdı.

 

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev jurnalistlərə açıqlamasında yayımın dayanmasına səbəb kimi daxili texniki problemlərin olduğunu göstərmişdi.

 

MTRŞ sədri Nuşirəvan Məhərrəmli də bildirmişdi ki, telekanalın yayımının dayandırılması barədə qurum tərəfindən hər hansı qərar qəbul edilməyib. O, qeyd etmişdi ki, bu, Lider TV və Teleradio İstehsalat Birliyi arasında olan texniki məsələdir. Tərəflər bu məsələni öz aralarında həll edəcək, telekanalın maliyyə borcu var.

Facebook