Əli Kərimlinin qaynının şikayəti təmin olunmadı - Video

Avqustun 2-də “Texnika Bank”ın Yasamal filialının sədr müavini işləmiş Elnur Seyidovun Qaradağ rayon məhkəməsinin 8 iyun 2017-ci il tarixli qərarından (məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsinin təmin edilməməsi) verilən apellyasiya şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə hakim Rizvan Səfərov sədrlik edib. Məhkəmə şikayəti təmin etməyib, hakim ilkin məhkəmə instansiyasının verdiyi qərarın qüvvədə saxlanıldığını elan edib. Seyidovun özü sağlamlığında yaranmış problemlə bağlı öz istəyi ilə məhkəmə prosesində iştirak etməyib.

Xatırladaq ki, Elnur Seyidov Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə dələduzluqda ittiham olunaraq 2012-ci ilin mart ayında keçmiş MTN-nin Texnika Bank əməliyyatına görə həbs olunub. 29 oktybr 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində 7 il 3 ay həbs qərarı verib. Sonradan həbs olunan 25 nəfərdən 24-ü həbsdən azad olunsa da Elnur Seyidov AXCP sədri Əli Kərimlinin qaynı olduğuna görə hələ də həbsdə saxlanıldığı iddia edilir.