Əli Kərimli və İsa Qəmbər İlham Əliyevi təbrik etdilər

Əli Kərimli və İsa Qəmbər İlham Əliyevi təbrik etdilər

AXCP sədri Əli Kərimli Azərbaycan xalqını Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edib: "İlham Əliyev xalqımıza güvənərək sona qədər getdi və Azərbaycan Ordusu şanlı bayrağımızı Şuşadan asdı. Bu, böyük bir qələbədir. Bu böyük qələbə münasibəti ilə mən Ali Baş Komandan olan İlham Əliyevi də təbrik edirəm". Ə.Kərimli qələbədə əsgər və zabitlərin rolunu xüsusi qeyd edib: "Heç şübhəsiz ki, bu qələbənin sahibləri, bu qələbəni bizə bəxş edən canını, qanını, gözünü qırpmadan bu millətə qurban verən qəhrəman əsgər və zabitlərimizdir”.
 
Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərsə təbrikini öz "Feysbuk" profilində yazıb: "Ürəyimin mərkəzi, dünyamın mərkəzi ŞUŞA azad olundu!

Yaşa var ol, qəhrəman Azərbaycan əsgəri! Bütün xalqımızı, Ali Baş Komandan başda olmaqla Azərbaycan silahlı qüvvələrinin bütün qəhrəman heyətini təbrik edirəm!"

Facebook