Əli Həsənovun nəvəsi apelyasiya şikayəti verib

Bakıda "Gelandawagen” markalı avtomobillə qəza törətmiş Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsində olan hökmdən apelyasiya şikayəti verib.
 
Onun şikayətinə yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsində baxılacaq. 
 
Zərərçəkmiş şəxslər və prokuror hökmdən hər hansı şikayət və ya protest verməyib.
 
Rəsmi məlumata görə, Nail Allahverdiyev ötən il avqustun 3-də saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində qəza törədib və nəticədə iki nəfər ölüb, iki nəfər ağır bədən xəsarəti alıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Meydan Tv