EURO : 1,8828 TRY : 0,2962 USD : 1,7 RUB : 0,0266
Əli Həsənovun kürəkəni Azərbaycandan getdi - Nail Allahverdiyevin atası

Əli Həsənovun kürəkəni Azərbaycandan getdi - Nail Allahverdiyevin atası

Baş nazirin müavini Əli Həsənovun ötən ilin avqustunda Bakıda ağır yol qəzası törədən nəvəsi Nail Elman oğlu Allahverdiyevlə bağlı yeni faktlar üzə çıxıb. 

Demokrat.Az-ın əldə etdiyi məlumata görə, hazırda həbsdə olan Nail Allahverdiyevin atası, iş adamı, Əli Həsənovun kürəkəni Elman Allahverdiyev Azərbaycandan gedib. 

Hazırda Almaniyada yaşayan Elman Allahverdiyevin ailəsindən küsülü qaldığı iddia olunur. Onun 2017-ci il avqustun 3-də paytaxtın Nərimanov rayonu ərazisində oğlu Nail Allahverdiyevə məxsus “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsindən az sonra Azərbaycanı tərk etdiyi deyilir. 

Похожее изображениеQeyd edək ki, hazırda Abşeron rayonunun Novxanı qəsəbəsində Elman Allahverdiyevə məxsus olan bir neçə biznes obyekti də işini dayandırıb. 

Facebook