Leyla Mustafayeva polisә müraciәt etdi: Çantaya dinlәyici qurğu yerlәşdirilib

Hazırda Azərbaycanda məhbus həyatı yaşayan jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva bu gün Gürcüstanın paytaxtı Tibilisi şəhərində mətbuat konfransı keçirib. Rakurs Tv-nin mәlumatına görə, mətbuat konfransının keçirilməsinə səbəb Leyla Mustafayeva qarşı 10 gün öncə baş vermiş provakasiyadır.

Leyla Mustafayevanın bildirdiyinə görə o, Tibilisidə dostları ilə restoranların birində oturan zaman onların masasına çanta qoyulubmuş , onlar çantanın kimə məxsus olduğunu soruşan zaman kənardan bir şəxs çıxaraq həmin çantanı götürüb qaçıb. Leyla Mustafayeva ehtimal edir ki, çantada dinləyici qurğu olub. O, baş vermiş hadisə ilə bağlı Gürcüstan polisinə məlumat versə də polisin bu işə demək olar ki, məşğul olmadığını deyir.