Leyla Mustafayeva izlənilir

Əfqan Muxtarlının həbsindən bir müddət ötsə də bu məsələ hələ də müzakirə mövzusudur.

Bu səs-küylü həbs Azərbaycan hakimiyyətinin saxta əməliyyatını ifşa etdi və Gürcüstan hökumətini ciddi sual qarşısında qoydu. Amma Əfqan Muxtarlı həbs olunduqdan sonra da onun ailəsinə qarşı təqiblərə son qoyulmayıb.

Belə ki, Əfqan Muxtarlını oğurlanmamışdan əvvəl izləyən adamlar indi də həyat yoldaşı Leyla Mustafayevanı izləyirlər. Bu barədə Leyla Mustafayeva Gürcüstan mətbuatına açıqlamasında bildirib. O bildirib ki, izlənmə prosesi Azərbycanın Daxili İşlər naziri Ramil Usubovun Gürcüstana səfərindən sonra start götürüb.

Qeyd edək ki, Ramil Usubov 2-4 avqust tarixlərində Gürcüstanda səfərdə olub.