Əlcəzairdə 74 nəfər vəbaya yoluxub

Əlcəzairdə vəbaya yoluxanların sayı 74 nəfərə çatıb.

“RİA novosti”yə istinadən xəbər verilir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bəyanat yayıb. 88 nəfər vəba şübhəsi ilə xəstəxanalara göndərilib. Daha əvvəl xəstəlikdən 2 nəfərin öldüyü deyilirdi.

56 nəfər isə paytaxtdan 60 kilometr cənubda yerləşən Blid əyalətində vəbaya yoluxub.