EURO : 1,8841 TRY : 0,2955 USD : 1,7 RUB : 0,0266
Lavrov dekabrda Azərbaycana səfər edəcək

Lavrov dekabrda Azərbaycana səfər edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 2-3-də Bakıya rəsmi səfər edəcək. Bu müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

 

Səfər zamanı ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrə toxunulacağı və hər iki ölkənin Xarici İşlər nazirliklərinin 2020-ci il üçün məsləhətləşmə planının imzalanacağı gözlənilir.

 

"Rusiya-Azərbaycan tərəfdaşlığının mütərəqqi inkişafı ən yüksək səviyyədə intensiv siyasi dialoqla təmin olunur", - Zaxarova vurğulayıb.

 

Bundan əvvəl Rusiya lideri Vladimir Putin Əliyevlə dekabrın 20-də Sankt-Peterburqda danışıqlar aparmağı planlaşdırdığını açıqlamışdı.

Facebook