Latviya yenə Rusiyaya möhtac qaldı - Qaz idxalını bərpa etdi

Latviya yenə Rusiyaya möhtac qaldı - Qaz idxalını bərpa etdi

Latviya Rusiya qazının idxalını bərpa edib.

 Bu barədə “Entsoq” platforması məlumat yayıb.

Belə ki, Rusiya qazı Latviya istehlakçıları üçün Estoniyadan Latviyaya daxil olan Valday-Pskov-Riqa magistral qaz kəməri vasitəsilə təmin edilir.

Məlumata görə, hazırda “Luxama” stansiyası gün ərzində təxminən 4 milyon kubmetr qaz qəbul edir.

Qeyd edək ki, Latviya iyulun sonunda Rusiyaya etiraz edərək qaz idxalını dayandırmışdı.

Facebook