`Əl-Qaidə` liderinin bacısına edam cəzası verildi

"Əl-Qaidə" terror təşkilatının keçmiş lideri Əbu Ömər əl-Bağdadinin bacısı barəsində edam qərarı çıxıb. "Şərqul Əvsət" qəzetinə istinadən bildirilir ki, terrorbaşının bacısı barəsində edam hökmünü İraqın Ali Məhkəməsi verib.
 
Ali Məhkəmənin sözçüsü Əbdüssəttar Bayraqdar bildirib ki, Əbu Ömər əl-Bağdadinin bacısı terror şəbəkəsinə dəstək verməkdə təqsirli bilinib. Əl-Bağdadinin bacısı istintaq zamanı terror təşkilatına maddi-texniki dəstək verdiyini, Mosuldakı terrorçulara pul payladığını etiraf edib.

Qeyd edək ki, Əbu Ömər əl-Bağdadi İraq və ABŞ qüvvələrinin 19 aprel 2010-cu ildə səhrada həyata keçirdikləri birgə əməliyyat zamanı öldürülüb.