“Əl-Aksa”da metal axtaran qurğular sökülür

İsrail hərbi-siyasi kabineti məscidlərin qarşısına quraşdırılmış metal axtaranların sölükməsinə qərar verib.

Bu barədə baş nazir Benyamin Netanyahunun dəftərxanasından məlumat verilib.

Polis artıq “əl-Aksa” məscidində metal axtaran qurğuları sökməyə başlayıb.

Bununla belə, təhlükəsizlik kameraları ərazidə saxlanılır. Kameralar şəxsiyyətin müəyyən edilməsini, təhülkəli davranışın nəzarətə götürülməsini, silah və partlayıcı maddənin aşkarlanmasını təmin edə bilir.

Qeyd edək ki, bir neçə gün öncə fələstinli gənclərin İsrail polisinə hücum etməsindən sonra “əl-Aksa” məscidi ətrafında metal axtaran qurğular quraşdırmışdı. Bu isə yerli müsəlman ərəb əhalisinin etirazlarına səbəb olmuşdu.