Kürdüstan liderindən Türkiyə prezidentinə MESAJ

Rəsmi təmaslar üçün Türkiyəyə gələcək olan İRKR rəhbəri Məsud Barzani, "Ərdoğan cəsarətli bir siyasətçidir, sülh prosesi üçün Dəmirtaş və yoldaşlarının sərbəst qalması lazımdır",- deyib.

Türkiyə mediasına istinadən xəbər verilir ki, İraq Regional Kürd Rəhbərliyi (İraq Kürdüstanı) Lideri Məsud Bərzani bu həftə sonu Türkiyəyə edəcəyi səfərdən əvvəl verdiyi açıqlamada, sülh prosesi üçün əsasən Türkiyə kürdlərini təmsil edən HDP-nin həmsədri Səlahəddin Dəmirtaş və digər millət vəkillərinin sərbəst buraxılmasının lazım olduğunu söyləyib.

Türkiyənin regiondakı rolu haqqında isə Barzani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın roluna diqqət çəkərək, kürdlərin Suriyada Türkiyənin narahatlıqlarını nəzərə almaları lazım olduğunu açıqlayıb.